Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan sülhdən qaçır -ÖZƏL

Ermənistan sülhdən qaçır


“Vaşinqton görüşü də bir daha sübut etdi ki, Ermənistan sülhə hazır deyil və bu ölkə imitasiya ilə məşğuldur. Əks təqdirdə ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə bir neçə gün davam edən Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün nəticəsi olaraq ilkin razılaşma sənədinə İrəvan qəbul edilməsi mümkün olmayan şərtlər irəli sürməzdi”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, Ermənistanın xarici işlər naziri Azərbaycanla münasibətlərin normallaşmasına dair razılıq sənədinə keçmiş ATƏT-in Minsk qrupunun 3 həmsədr ölkəsinin də imza atmasını istəməsi, eləcə də Qarabağ erməniləri və Azərbaycan hakimiyyəti arasında hüquq və təhlükəsizliklə bağlı danışıqlar aparılması kimi absurd bəndlərin salınmasına israr etməsi Ermənistanın açıq-aşkar pozuculuq siyasətinin göstəricisidir:

“Ermənistan bir daha sübut etdi ki, bu ölkə sülh, sabitlik istəmir. İrəvan yalnız və yalnız müharibə, qonşuları ilə gərgin münasibətlərdə yaşamaq niyyətindədir”.

Arzuman Muradlı deyib ki, Ermənistanın ortaya qoyduğu şıltaqlıq və sülh prosesinə mane olmaq cəhdləri beynəlxalq bilrik tərəfindən ciddi şəkildə təpki görməli, İrəvan məcburi şəkildə sülh masasına oturdulmalıdır.


Mehman
Xəbəri paylaş