Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan sülhdən qaçmaq üçün bəhanə etməməlidir -ÖZƏL

Ermənistan sülhdən qaçmaq üçün bəhanə etməməlidir


"Tək Ermənistan yox, Azərbaycan da bunda maraqlı olmalıdır. Məsələ ondadır ki, tək tərəfli və ya daha dəqiq desək, tək qütblü təminat bizim də marağımızda olmamalıdır. Əgər sülh sazişi imzalanacaqsa, deməli, burda bizim maraqlarımız və tələblərimiz də öz əksini tapacaq. Bu baxımdan, həmin sülh müqaviləsini nə qədər çox ölkə imzalasa bir o qədər yaxşıdır".

Newscenter.az xəbər verir ki, bu fikirləri BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, Azərbaycan bundan istifadə edib Türkiyəni də təminatçı ölkələr arasında olmasını istəməlidir:

"Ermənistan bu faktı sülhdən qaçmaq üçün bəhanə kimi istifadə etməməlidir. Ola bilsin Ermənistan hesab edir ki, Azərbaycan buna razı olmayacaq və proses dayanacaq, amma Azərbaycan bu istəyə öz istəyini də əlavə edib buna razılaşsa, hesab edirəm ki, problem olmayacaq".

Politoloqun sözlərinə görə, əgər müqavilə hazırlananda Azərbaycan və Ermənistan öz istədikləri kimi razılaşıblarsa, onda kənar ölkələrin öz maraqlarından çıxış edib bu müqaviləyə təsir imkanları yoxa enəcək.

Anar
Xəbəri paylaş