Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyev vətəndaş cəmiyyətinə geniş şərait yaratmışdı -ÖZƏL

Heydər Əliyev vətəndaş cəmiyyətinə geniş şərait yaratmışdı


"Güclü vətəndaş cəmiyyəti olmadan güclü dövlətə nail olmaq mümkün deyildir. Bu amildən çıxış edərək Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk illərdə vətəndaş cəmiyyətinə geniş şərait yaratmış və onların rahat və effektiv fəaliyyəti üçün müvafiq qanunvericilik bazasının formalaşmasına dair fərman və sərəncamlar vermişdir".

Bu fikirləri səsləndirən "Azərbaycan-Amerika Gəncləri" İctimai Birliyinin sədri Vüqar Əhmədov bildirib ki, o zaman dövlətimizin iqtisadi baxımdan hələ yeni dirçəldiyini nəzərə alan Ümummilli Lider Qərbin və dünyanın aparıcı beynəlxalq təşkilatlarını ölkəmizə dəvət etmiş və onların fəaliyyət göstərməsi üçün münbit şərait yaratmışdır:

"Beləliklə, ölkədə vətəndaş cəmiyyətinin dayanaqlılığı təmin olundu və onun yeni mərhələyə keçidi təmin edildi. Bu mərhələ artıq ölkədə oturuşmuş, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən və söz sahibi olan, dövlətin də hesablaşdığı, güclü beynəlxalq əlaqələrə və təcrübəyə malik vətəndaş cəmiyyəti təsisatlarının olduğu bir dövr idi".

Mehman
Xəbəri paylaş