"3 may tarixində gecə saatlarında Kremlə edilən dron hücumu simvolik olsa da, bunu rəsmi Moskvanın etibarına və qüruruna toxunan bir hadisə kimi qiymətləndirmək olar".
Bu fikirləri Newscenter.az-a politoloq Əmrah Cəfərov səsləndirib. O bildirib ki, belə kiçik ölçülü zərbə dronlarını həm hazırlamaq, həm də işlətmək elə də çətin deyil:
"Üstəlik, belə kiçik ölçülü PUA-ları müəyyən etmək hava hücumundan müdafiə sistemləri üçün də qismən daha çətindir. Bu işin arxasında Ukrayna Silahlı Qüvvələrinin, daha dəqiq, mərkəzi komandanlığın olmasını güman etmirəm. Ukraynaya yaxın partizan dəstələrinin də bu hücumu hazırlama ehtimalı və potensialı var".
Əmrah Cəfərov deyib ki, istənilan halda bu hücum Rusiyanın Ukrayna ərazisinə aqressiv hava hücumları ilə müşaiyət oluna bilər.
Anar