Türkiyədə mayın 14-də baş tutacaq prezident və parlament seçkiləri ərəfəsində ölkədə sonuncu rəy sorğusu keçirilib.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, Optimar Araşdırma Mərkəzi tərəfindən sorğunun nəticələrinə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğanla CHP lideri Kamal Kılıçdaroğlu arasında fərq bir qədər də artıb.
Belə ki, sorğuda iştirak edənlərin 53,1 faizi Ərdoğanın, 44 faizi Kamal Kılıçdaroğlunun seçkilərdə qalib gələcəyini bildirib.
Qeyd edək ki, bundan əvvəlki sorğularda namizədlər arasında fərq 51-in 49-a idi.
Mehman