Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Zəfər”in rəhbəri məktəblilərlə görüşəcək

“Zəfər”in rəhbəri məktəblilərlə görüşəcək


“Məktəbdə...” layihəsinin növbəti görüşü mayın 5-də Bakı şəhəri 53 nömrəli tam orta məktəbdə keçiriləcək.

Newscenter.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Sevinc Orucova olacaq.

Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, vətənpərvərlik hisslərinin aşılanmasında məktəbin üzərinə düşən vəzifələr, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.

Görüşü, həmçinin “İki sahil” internet televiziyası da işıqlandıracaq.

R.Mehdiyeva
Xəbəri paylaş