Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Erməni deputat xalqı inqilaba çağırıb

Erməni deputat xalqı inqilaba çağırıb


Ermənistan parlamentinin deputatı Andranik Tevanyan xalqı inqilaba çağırıb.

Bu barədə Newscenter.az yerli mətbuata istinadən xəbər verir.

“Biz ikinci erməni inqilabını həyata keçirməliyik. Ölkədə klassik mənada inqilab cəmi bir dəfə baş verdi”, - “Ermənistan” fraksiyasından olan deputat deyib.

Tevanyanın fikrincə, seçkiqabağı rüşvətxorluq, talançılıq, bizneslə siyasətin birləşməsi xalqın dövlətdən uzaqlaşmasına səbəb olub.

O, 2018-ci ildə küçələrə çıxanların haqlı olub-olmadığını da toxunub. Deputatın fikrincə, xalq yalnız o adamları seçməkdə səhv edib, həmin şəxslər indi Ermənistanı məhvə aparır.

“Ona görə də bu hüquqdan istifadə etmək üçün ikinci əsl erməni inqilabını həyata keçirməli və əsl ədaləti təmin etməliyik”, - o, fikirlərini yekunlaşdırıb.

Anar TAGIYEV
Xəbəri paylaş