Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hara vurub-çıxsan vicdanla şübhə ona yönəlir-Ekspert Nərmin Quliyeva cinayətindən yazdı

Hara vurub-çıxsan vicdanla şübhə ona yönəlir-Ekspert Nərmin Quliyeva cinayətindən yazdı


10 yaşlı qız, Nərmin Quliyevanın oğurlanıb da, qətl edilib, yandırılması ilə bağlı təqsirli bilinən İlkin Süleymanovun məhkəmə istintaqı prosesi başa çatıb. İttihamçı prokuror 20 il həbs cəzası istəyib. Prosesi, əvvəlindən sonacan müşahidə etməklə, bildirim ki, İlkin Süleymanovu şübhəli bilirəm bu cinayətdə və bütün səmimiyyətimlə. Öz araşdırmalarımı, ekspertiza rəylərinin təhlili, faktları dəfələrcə fb-də, mediada paylaşmışam. Hara vurub-çıxsan vicdanla şübhə ona yönəlir.

Sizi, bir obyektiv və ixtisaslı kimi belə bir 20 illik həbs qərarı qane edirmi? Açıq, deyim ki, etmir. 10 yaşlı körpə məsum qızcığazı oğurla. Bu bir. Günlər və həftələr ərzində əl-ayağı, ağzı bağlı, qorxu stress əzabı, işgəncə altlnda, natəmizlik, soyuqda, ac-susuz halda saxla. Bu iki. Sonda, xüsusi amansızlıqla yazığı öldür. Bu üç. Axırda da benzin tök yandır. Bu da dörd. Belə faktlar, hallar olduğu halda, daha nə olmalı ki, bu cür, insanlıqdan çıxmış, islahı mümkünsüz manyak vəhşi qatil ölüm cəzasına, qanunvericilik imkan vermirsə ömürlük həbs cəzasına layiq olmasın?
Allah eləməmiş mənim oğlum, qardaşım olsun, bu qələti etsə, şəxsən özüm ən ağır cəza tələb edər, uşağın ailəsindən min dəfə üzr istəyərəm. Nəinki, onun biyabırçı müdafiəsinə qalxmaq və özünü də o qatil qohumun səviyyəsinə salmaq.

Məhkəmə yekununda prokorurun 20 illik cəza istəməsi, İlkin tərəfin yaxını-doğmalarını qane edirmi? Düşünürəm ki, hətta edir, məntiqlə də etməlidir! Son məhkəmə prosesindən sonrakı, küçədə çıxardıqları 'vay səhnəyə' baxmayaraq. Əvvəla, bunları İlkindən daha çox düşündürüb narahat edən, illərlə artistliklə qurduqları imici itirmə, "el içində xar olma"qdan qurtulurlar. Bu mənada ki, göstərirlər ki, "haqlı mübarizələrini" apardılar, qoymadılar "günahsız İlkin" ömürlük (gözlənilən) cəza alsın. Yoxsa, Tovuz camaatını mən yaxşı tanıyıram bunları köçürərlər oradan. İkincisi, 20 il cəza hər halda, ömürlük həbs də deyil!. Hüquqi tərəfdən cəzanı Apellyasiya, ya Ali Məhkəmə, ya amnistiya və başqa formada azaltma şansı qalır. Əslində, kim razı qalmazdı?

İlkin Süleymanova qarşı İttiham irəli sürüb, ona 20 illik cəza tələb edən Prokurorluq İlkinin qatil olmasında əmindirmi? Fikrimcə əmindir, yüz %! Prokurorluğun əlində informasiya imkanları çox və müxtəlifdir xüsusilə ağır cinayətlərdə dürüst həqiqət müəyyənliyi üçün. Bütün ölkələrdə bu belədir (hansı ki, xüsusi xidmət orqanları bunu öz xəttləri ilə təmin edir və onların müşahidəsi, nəzərindən nəsə gizlətmək mümkünsüz). Əgər əmin olmazsa, heç vaxt tutulmamış və həm də ki, ziyalı və bu cür qalmaqallı, "müdafə-hücum" imkanlı, böyük, sistemli, mütəşəkkil, ağa-qara, qaraya-ağ deməyi bacaran, "haylı küylü" nəslin adamını hədəf götürsün, lazımdır bu ona? Özü də, prezidentin nəzarətində olan, 20 il iş, həbs istənilən, beynəlxalq səsli-küylü cinayət işində.

Bu ağır, uşaq qətlinin faciəvi prosesi qurtarmır hələ, qarşıda məhkəmə hökmü, apellyasiya var. Bu prosesləri də müşahidə edib görək nə olur, nələr dəyişir və buna da uyğun fikir söyləyərik.

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş