Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyev Azərbaycanı SSRİ miqyasında geniş mənada tanıda bildi-VIDEO

Heydər Əliyev Azərbaycanı SSRİ miqyasında geniş mənada tanıda bildi-VIDEO


"Heydər Əliyevlə ilk görüşüm 1964-cü ilə təsadüf edir. O zaman Göyçay rayonunda, dördüncü sinifdə oxuyurdum. Həmin il Göyçayın kəndlərindən birində üsyan oldu. Həmin hadisələri araşdırmaq üçün Dövlət Təhlükəsizlik Komitəsinin bölmə rəisi olan Heydər Əliyev böyük bir nümayəndə heyəti ilə rayona ezam edilmişdi".

Newscenter.az xəbər verir ki, bu fikirləri sabiq millət vəkili Cahangir Hüseynov ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşərkən səsləndirib. Cahangir Hüseynov o illərdə atasının Göyçay rayonunda xalq hakimi vəzifəsində işlədiyini, eyni zamanda Rayon Partiya Komitəsinin büro üzvü idi. Həmin vaxt Heydər Əliyevi yaxından gördüyünü deyən Cahangir Hüseynov, məhz ümummilli liderin sayəsində Göyçayda baş qaldıran həmin üsyanın yatırıldığını deyib.

Heydər Əliyevin sovet Azərbaycanına rəhbırlik etdiyi dövrdə ölkəmizin SSRİ miqyasında geniş mənada tanındığını deyən, sabiq millət vəkili, Moskvada təhsil aldığı illərdə də ümummilli liderin Rusiyada böyük nüfuza malik olduğunun canlı şahidinə çevrildiyini söyləyib.



NEWSCENTER.AZ
Xəbəri paylaş