"Qarabağda müvəqqəti olaraq yerləşdirilən rusiyalı kontingentin komandanı, general-polkovnik Lentsovun seperatçı reimi və rus tərəfini narahat edən məsələlərin, xüsusilə də Laçın sərhəd keçid məntəqəsi ilə bağlı Bakıdakı müzakirələri heç bir müsbət nəticə vermədi. Lentsov da "lentası" süzülə-süzülə Xocalıya qayıtdı".
Newscenter.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib. O bildirib ki, Qarabağ mövzusunda nəinki Lentsov, hətta onun rəhbərləri belə Azərbaycana qarşı təsir mexanizmlərinə malik deyil:
"Lentsov yaxşı olardı ki, ən qısa zamanda birgə Bəyanatın şərtlərini, o cümlədən erməni silahlılarının tərkisilah edilərək Azərbaycanın 3000 kv. km-dən çox suveren ərazilərindən çıxarılması üzrə qrafiki hazırlasın və bizə təqdim etsin.
Əks halda bu fəaliyyətlərin icrasını daha əvvəl həm Fərrux, Sarıbaba, Qırxqız və 2054 yüksəkliklərində, həm Laçın rayonunda, həm də Sus, Zabux, Cağazur, Allahqulular və Zamanpəyəsi kəndlərində olduğu kimi Azərbaycan Əsgəri yerinə yetirəcək. Buna heç kimin, xüsusilə də Lentsovun və seperatçı rejimin şübhəsi olmasın".
Mehman