Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan yekun sülh sazişi istiqamətində mühüm addımlar atmağa hazırdır -ÖZƏL

Azərbaycan yekun sülh sazişi istiqamətində mühüm addımlar atmağa hazırdır


"Azərbaycan prezidenti İlham Əliyevin Şuşada verdiyi açıqlamanı Ermənistan hökuməti və danışıqlar prosesində vasitəçi kimi iştirak edən hər kəs üçün yeni dövrün başlamasına diqqətləri cəlb etmək və yaranmış vəziyyətə, onun tələblərinə uyğun olaraq addımlar atmağa çağırış hesab etmək olar".

Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, prezident İlham Əliyev açıq və net şəkildə Ermənistanı real vəziyyəti qəbul etməyə çağırdı:

"Əks halda yenidən transmilli layihələrdən kənarda qalaraq kimlər üçünsə "bufer" dövlət funksiyası oynamaqda davam edəcəyini bir daha xatırlatması həqiqi mənada Ermənistanın gələcəyi haqqında bu toplumun bir daha düşünməsinə verilən mesaj idi. Azərbaycan prezidenti çıxışında "Biz strateji hədəflərimizə çatmışıq" deməklə, yekun sülh müqaviləsinin imzalanması prosesinin daha çox Ermənistana lazım olduğunu ifadə edir. Bütün bunlar bizə əsas verir deyək ki, Vaşinqton platformasında 4 gün davam edən Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilən görüşdə əldə olunan və olunması yaxın vaxtlarda gözlənilən razılaşmalara öz təsirini göstərəcəkdir".

Ekspert bildirib ki, Azərbaycan prezidentinin bu məsələdə yeni dövr başlanır mesajı, Ermənistanın siyasi dairələri içində və vasitəçi rolunu oynayan üçüncü ölkələrin bu işlərə təhkim edilmiş siyasi dairələrində bir sükuta səbəb oldu:

"Eyni zamanda Azərbaycanı nəyəsə məcbur etməyə heç bir şeyin qalmadığı mesajı verildi. Bundan sonra vəziyyəti düzgün analiz etmək və qiymətləndirmək üçün tələsməyə ehtiyac qalmır. Azərbaycan yekun sülh sazişi istiqamətində mühüm addımlar atmağa hazırdır və bu addımlar suverenleyimizə uyğun şəkildə həyata keçirilir".

Anar Əliyev
Xəbəri paylaş