“Vaşinqton görüşü kimi Brüssel görüşü də sıradan bir görüş olacaq və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması baxımından bu görüş heç də əhəmiyyət kəsb etməyəcək”.
Bu fikirlər “Xəbər Mərkəzi” Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrupdan Newscenter.az-a bildirilib ki, Ermənistan sülhə hazır olmadığı və prosesi uzatmağa çalışdığı üçün istər iki ölkə liderləri, istərsə də xarici işlər nazirləri səviyyəsində keçirilən görüşlərin də heç bir əhəmiyyəti və nəticəsi olmur:
“Burada söhbət daha çox kimin təşəbbüsü ələ almasından gedir və görünən odur ki, bu istiqamətdə üç tərəf, Birləşmiş Ştatlar, Avropa İttifaqı və Rusiya arasında ciddi mübarizə gedir. Hər üç qüvvə Cənubi Qafqzda möhkəmlənmək üçün özünü daha çox təşəbbüskar qismində göstərir. Ancaq proseslərə birbaşa təsir edib Ermənistana Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün cəhd göstərmirlər. Bu da nəticə etibarilə prosesin uzanması, Ermənistanın vaxt udması, eyni zamanda qeyri-müəyyən vəziyyətin davam etməsinə gətirib çıxarır”.
Anar Əliyev