Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu həftənin sonunda Brüsseldə İlham Əliyev və Nikol Paşinyan arasında görüş keçiriləcək

Bu həftənin sonunda Brüsseldə İlham Əliyev və Nikol Paşinyan arasında görüş keçiriləcək


Qərbin vasitəçilik səylərinin artması fonunda bu həftəsonu Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüş keçiriləcək

Newscenter.az-ın məlumatına görə, “Report” “Financial Times”a istinadən xəbər verir ki, iki ölkə liderlərinin danışıqları Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı ilə baş tutacaq.

Nəşrin yazdığına görə, liderlər sərhədlərin demarkasiyası və minalı ərazilərlə bağlı fikir mübadiləsi aparacaqlar.

Qeyd olunub ki, bu görüş mühüm irəliləyişə səbəb ola bilər: “Ermənsitanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində Vaşinqton və Brüsselin səyləri bir-birini tamamlayır”.

Bu, fevral ayında Almaniyanın Münhen şəhərində keçirilən danışıqlardan sonra və iki ölkənin xarici işlər nazirlərinin ötən həftə ABŞ-da baş tutan görüşündən sonra iki lider arasında ilk təkbətək görüş olacaq.
Xəbəri paylaş