“Bütün halda Vaşinqton görüşündən ciddi nəticələrin çıxacağına ümid etmirdik. Ancaq müəyyən bir nəticələrin ola biləcəyini də gözləyirdik. Ümid edirdik ki, danışıqlar prosesində bir irəliləyiş ola bilər. Lakin konkret olaraq sülh müqaviləsi bağlanacaq, yaxud sülh müqaviləsinin detalları tam şəkildə müzakirə ediləcək deyə bir yanaşma yox idi”.
Bu fikirləri Newscenter.az-a politoloq Samir Hümbətov səsləndirib. Bundan sonrakı mümkün proseslər barədə danışan Samir Hümbətov deyib ki, müəyyən vaxtdan sonra yenidən hansısa bir görüş keçirilə bilər: “Ancaq yenə də hansısa bir nəticənin əldə ediləcəyi, qərarın qəbul olunacağı mümkün olmayacaq. Çünki Ermənistanın üzərində çox basqı var. Həm Rusiya, həm Avropa, həm də, Fransa, İran amillərini bu sıraya aid etmək olar”.
Politoloq deyib ki, bütün bu basqılar Ermənistanı geri addım atmağa vadar edir: “Ümid edirəm ki, növbəti görüşlərə təsir edə biləcək mexanizmlər yarana bilər. Nəticə etibarilə, danışıqlarda hansısa irəliləyiş olar. Ancaq indiki reallıq onu göstərmir”.
Anar Əliyev