“Azərbaycanın bu günkü inkişafı, əldə etdiyi nailiyyətlərin təməlində ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasət kursu dayanır. Bu günkü müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir”.
Bu fikirləri Newscenter.az-a “Türk Dünyası Media Əməkdaşlıq Alyansı” İctimai Birliyinin sədri Süleyman İsmayılbəyli səsləndirib. İctimai Birlik sədri deyib ki, ümummilli liderin ən böyük xidmətlərindən biri parçalanmaq, məhv olmaq təhlükəsi ilə üzləşən Azərbaycanı bu bəladan xilas etmək, ölkədə siiyasi sabitlik yaratmaq oldu:
“Əgər 1993-cü ildə Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, o zaman bu gün Azərbaycanın varlığından danışmaq bəlkə mümkün olmazdı. Çünki ölkədə qardaş qırğını törətməyə nail olan xarici qüvvələrin qarşıdakı növbəti hədəfi Azərbaycanı parçalayıb hissələrə bölmək və onun varlığına son qoymaq idi. Lakin ümummilli lider Azərbaycanı məhv etmək, onu müstəmləkəyə çevirmək istəyənlərin planını pozdu”.
Anar Əliyev