Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Lentsova hər bir göstəriş Kremldən gəlir -ÖZƏL

Lentsova hər bir göstəriş Kremldən gəlir


"Yaxın keçmişdə Rusiya sülhməramlı kontingentinə rəhbər təyin olunmuş general polkovnik Aleksandr Lentsov gəldiyi ilk dönəmdən özündən öncəki 4 həmkarı kimi ermənipərəst mövqe nümayiş etdirdi. O, ilk öncə separatçıların rəhbəri Araik Harutuniyan ilə görüşdü və daha sona İrəvana yola düşərək Ermənistan müdafiə naziri ilə məsləhətləşmələr həyata keçirdi. Halbuki bu tamamilə qərəzli və absurd bir addım idi".

Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. Onun sözlərinə görə, çünki rus general Azərbaycan torpaqlarında öz vəzifəsini icra edir və ilk öncə Azərbaycan rəsmiləri ilə təmaslar qurmalı idi:

"Təbii ki, Lentsov bu addımları öz şəxsi iradəsi ilə həyata keçirmir və hər bir göstəriş məhz Kremldən gəlir. Ölkəmizin Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət buraxılış məntəqəsi qurması həm ermənilər üçün, həm də sülhməramlılar üçün sürpriz oldu və onların bütün ümidlərinin üzərindən xətt çəkildi. Hesab edirəm ki, Lentsovun növbəti dəfə Bakıya səfərə gəlmək istəməyinin ardında məhz nəzarət-buraxılış məntəqəsi reallığı dayanır ki, separatçılar məlum hadisədən sonra ciddi şəkildə sülhməramlı kontingenti günahlandırmağa başladı. Halbuki onlar Azərbaycan tərəfinin mövqeyi ilə yaxından tanış idilər və ölkə rəhbərliyi qarşı tərəfə qanunsuz əməllərə son qoymaq üçün müxtəlif kanallar vasitəsilə dəfələrlə xəbərdadlıq ünvanlamışdı".

AVP sədrinin sözlərinə görə, digər tərəfdən Vaşinqtonda keçirilən danışıqlar Moskvanı narahat edir və çox güman ki, Kreml admistratsiyası Lentsov vasitəsilə Bakıya hansısa mesajlar göndərmək istəyir:

"Rusiya Ukraynada çıxılmaz vəziyyətlə üzləşib və indiki məqamda Azərbaycanla da münasibətləri gərginləşdirmək Moskvanın maraqlarına uyğun deyil".

Anar Əliyev
Xəbəri paylaş