Ermənistanda yenidən hakimiyyətin dəyişdirilməsi təhlükəsi yaranıb. Belə ki, bu ölkənin parlamentinin deputatı Andranik Tevanyan xalqı Paşinyan rejiminə qarşı qiyama çağırıb. Bəs, görəsən Paşinyan hakimiyyətinin devrilməsi nə dərəcədə mümkündür?
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bölüşən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib ki, Paşinyan və hakimiyyəti üçün hələlik ciddi təhdid yoxdur:
"Çünki o, harda dayanmaq lazım olduğu yeri hələlik yaxşı bilir. Bunu idarə etməyi bacarır. Rusiya üçün də Paşinyanın ikili mövqeyi sərfəlidir. Çünki Rusiya da bundan istifadə edib problemlərin həllini uzadır, vaxt qazanır".
Azər Qasımov daha sonra qeyd edib:
"Bir sözlə, Rusiya və Paşinyan bir-birilərini idarə edirlər. Azərbaycanın mövqeyi və atdığı addımlar bu ikili oyun üçün manevr imkanlarını xeyli azaldıb. Oyunun sonu yaxınlaşdıqca tərəflərdən birinin başının gedəcəyi isə şübhəsizdir".
İnqilab Süleymanov