Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident 801 ailəyə sevinc, bayram ovqatı bəxş etdi -ÖZƏL

Prezident 801 ailəyə sevinc, bayram ovqatı bəxş etdi



“Bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzalamış olduğu əfv sərəncamı müstəqillik tariximizin ən böyük əfvi hesab edilir. Dövlət başçısı öz humanizm prinsiplərinə sadiq qalaraq, insan hüquq və azadlıqlarını əsas tutaraq, ən əsası azadlıqdan məhrum edilmiş şəxslər və onların ailə üzvlərinin müraciətlərinə yüksək həssaslıq, diqqət göstərərək yüzlərlə şəxsi əfv etdi. Cənab Prezident bir sərəncamı ilə 801 ailəyə sevinc bəxş etdi, bayram ovqatı yaşatdı”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib. Millət vəkili bildirib ki, dövlət başçısının imzaladığı əfv sərəncamı həm də ona görə mühüm əhəmiyyət kəsb edir ki, bu sərəncam ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etdi:

“Diqqət etsək görərik ki, sərəncam təkcə geniş bir kütləni əhatə etməklə bərabər, həm də öz əhatə dairəsinə görə, digər əfv sərəncamlarından fərqlənir, diqqət çəkir. Ümumilikdə, 801 nəfərə şamil edilən sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 463 nəfər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. Bundan başqa, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 220 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Eyni zamanda, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər cəzadan azad olunub”.

Millət vəkili onu da diqqətə çatdırıb ki, əfv sərəncamına əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 3 nəfər cəzadan azad edilib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 18 nəfər isə cəzanın çəkilməmiş hissəsindən azad olunub:

“Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 5 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azadılıb, islah işləri cəzasına məhkum edilmiş 2 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, cərimə cəzasına məhkum edilmiş 88 nəfər isə cəzadan azad olunublar. Göründüyü kimi, dövlət başçısı əfv sərəncamı imzalayarkən bütün məqamları nəzərə alıb, hər bir müraciətlə yaxından tanış olub”.

İqbal Məmmədov qeyd edib ki, Cənab Prezidentin imzaladığı sərəncamla bir daha dövlətimizin, şəxsən dövlət başçısının insan hüquq və azadlıqlarına, humanizm prinsiplərinə önəm verdiyi, buna diqqət ayırdığı əyani şəkildə təsdiqini tapır.


Anar Əliyev
Xəbəri paylaş