Mayın 14-də Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı xaricdəki nümayəndəlik və gömrüklərdə səs verən seçicilərin sayı 1 milyon 751 min 365 nəfər olub.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə məlumatı Türkiyənin Ali Seçki Qurumu (YSK) verib.
Məlumata görə, aprelin 27-də gömrük qapılarında başlayan səsvermə prosesi çərçivəsində nümayəndəliklərdə 1 milyon 632 min 994, gömrükdə isə 118 min 371 seçici səs verib.
Xaricdəki nümayəndəliklərdə səsvermə prosedurları sabah başa çatacaq. Gömrükdə isə səsvermə prosesi 14 may saat 17.00-a qədər davam edəcək.
Mehman Mehdiyev