Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib


Energetika Nazirliyi tərəfindən Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasətçi, müdrik dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Newscenter.az xəbər verir ki, əvvəlcə Energetika Nazirliyinin və nazirliyin tabeli qurumlarının əməkdaşları Fəxri Xiyabana gedərək Ümummilli Lider Heydər Əliyevin məzarlarını ziyarət ediblər və önünə gül dəstələri qoyublar.
Tədbir Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş toplantı ilə davam edib.

Energetika naziri Pərviz Şahbazov tədbiri açaraq Azərbaycan xalqının ictimai-siyasi həyatında, dövlətçilik tarixində misilsiz rol oynamış Ümummilli Liderin vətən sevgisi, xalqa bağlılığı, ana dilinə məhəbbəti, milli-mənəvi dəyərlərə, tarixi ənənələrə sadiqliyi, yenilikçiliyi və müasir kadr siyasətindən bəhs edib. Azərbaycanın energetika sənayesinin inkişafı istiqamətində yürütdüyü dövlət siyasətindən və əvəzsiz xidmətlərindən bəhs edib. “Ulu Öndər Heydər Əliyev böyük ustalıqla həm sovet dövründə, həm də müstəqillik illərində bütün qərarlarını gələcək zamana görə müəyyənləşdirirdi. Bu aspektdə, ”Əsrin müqaviləsi” Heydər Əliyevin əsl liderlərə xas uzaqgörən siyasətinin töhfəsidir” deyə nazir vurğulayıb. "Heydər Əliyev deyirdi ki, Əsrin müqaviləsi ilə qoyduğumuz təməl 21-ci əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır. İnanıram ki, 21-ci əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır.” Ümummilli Liderin xilaskarlıq və quruculuq missiyasının bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd edilib.

Tədbirdə, həmcinin nazirliyin digər əməkdaşlarının Heydər Əliyevin Azərbaycanın neft-qaz siyasətinin formalaşmasında və elektroenergetika sisteminin inkişafındakı rolundan bəhs edilən çıxışları dinlənilib, dahi rəhbərin adı ilə bağlı olan Qafqazın ən böyük siyasi partiyası - Yeni Azərbaycan Partiyasının yaranması dövrü və keçdiyi yola nəzər salınıb.

Sonda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx izlənilib.

Sevinc Mehdiyeva
Xəbəri paylaş