Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Neft Fondunun kollektivi Ulu Öndərin xatirəsini yad edib

Dövlət Neft Fondunun kollektivi Ulu Öndərin xatirəsini yad edib


Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun kollektivi Ulu Öndərin məzarını ziyarət edib, önünə əkil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, həmçinin, görkəmli dövlət və ictimai xadim Əziz Əliyev və istedadlı həkim Tamerlan Əliyevin də məzarları ziyarət olunub və məzarların önünə gül dəstələri düzülüb.

Newscenter.az-a Fonddan bildirilib ki, daha sonra ARDNF - nin rəhbər heyəti Fondun inzibati binasında yerləşən Heydər Əliyevin heykəli qarşısına əkil qoyub, Ulu Öndərin əziz xatirəsini yad edib. ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov öz çıxışında dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan tarixindəki mühüm rolu və xalqı qarşısındakı unudulmaz xidmətlərini, eyni zamanda, Dövlət Neft Fondunun təsis edilməsində müstəsna rolunu vurğulayıb və qeyd edib ki, Fond Heydər Əliyev irsinə sadiq qalaraq Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinə xidmət etməklə öz missiyasını daim həyata keçirməyə davam edəcəkdir. Sonda o bildirib ki, Ümumilli lider Heydər Əliyev qəlbimizdə yaşayır və əbədi yaşayacaqdır.

Natiq Orucov
Xəbəri paylaş