Bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür. Heydər Əliyev milli dövlətçiliyimizin banisi, müstəqilliyimizin rəmzidir. Onun yazdığı tarix qurtuluş, inkişaf, milli tərəqqi salnaməsinə çevrilib.
Newscenter.az-ın xəbərinə görə, siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxalq münasibətlər və politologiya Akademiyasının akademiki Vaqif Abdullayev deyib ki, Heydər Əliyev həmişə öz xalqını dərin məhəbbətlə sevmiş, sovet dövründə, və müstəqillik illərində Azərbaycanın inkişafı üçün çox böyük fədakarlıq göstərmişdir:
"O bütün həyatını Azərbaycan xalqına həsr etmiş, dövlətimizə ləyaqətlə xidmət etmişdir. Heydər Əliyev Qarabağa hədsiz bağlı idi, bu torpaqlara çox sevirdi. Əlbəttə, birmənalı olaraq Qarabağın inkişafı məhz Onun adı ilə bağlıdır. 1970-80-ci illərdə Qarabağda aparılan böyük quruculuq işləri, Şuşa şəhəri və digər rayonların çox sürətli inkişafı Onun yorulmaz fədakr əməyinin nəticəsi idi. Qarabağın hər guşəsində Heydər Əliyevin əl izi var, vaxtilə inşa edilmiş bütün infrastrukturlar və müəssisələr, abidələr Onun yadigarıdır. Təəssüf ki, erməni vandalları onların hamısını məhv etdi".
Vaqif Abdullayevin sözlərinə görə, Heydər Əliyevin müdrik siyasi zəkası və müqayisə olunmaz qətiyyəti sayəsində Azərbaycan diplomatik Zəfər qazanmağa da nail olmuşdur:
"O, ölkəmizin haqq səsinin dünyaya çatdırdı, beynəlxalq tribunalarda əzmkar çıxışlarla və prinsipial xarici siyasət yürütməklə Ermənistanın faşist simasını dünyaya təqdim etdi. Ulu Öndərin möhkəm qətiyyəti sayəsində Azərbaycanın bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olan və ərazi bütövlüyümüzüm təmin edilməsində beynəlxalq hüquqi istinad kimi xüsusi yer tutan BMT-nin qətnamələri və digər sənədlər qəbul olundu. Ulu Öndər Qarabağın Ermənistanın işğalından azad edilməsi üçün bütün gücünü, varlığını sərf edirdi və doğma torpaqlarımıza qovuşacağımıza dərin inamı vardı, deyirdi ki, “Qarabağ Azərbaycanın ərazisidir. Azərbaycan torpağıdır. Qarabağda azərbaycanlılar əsrlər boyu yaşamışlar, yenə yaşayacaqlar. Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur. Gün gələcək Azərbaycanın bayrağı Şuşada və digər işğal olunmuş ərazilərdə dalğalanacaq”.
Onun sözlərinə görə, Heydər Əliyevin bu ümumxalq şüarı xalqımızın öz doğma torpaqlarına qovuşacağına olan sarsılmaz inamını daha da möhkəmləndirdi:
"Onun Varisi, Cənab İlham Əliyev Ulu Öndərin Xilaskarlıq Missiyasını üzərinə götürərək Ata vəsiyyətini yerinə yetirdi, 44 günlük Vətən Müharibəsində erməni faşizminin başını əzdi. Sözsüz ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlyi ilə erməni faşizmini məhv edən Rəşadətli Silahlı Qüvvələrin banisi də Ulu Öndərdir".
Sonda Vaqif Abdullayev onu da deyib ki, bu gün Azərbaycan tarixinin ən Şanlı dövrünü yaşayır:
"Bu gün Azərbaycanın Xilaskarı Heydərin Əliyevin ruhu şaddır. Onun ən böyük arzusu olan Qarabağ özümüzdədir, Şuşada üçrəngli ay-ulduzlu Azərbaycan bayrağı dalğalanır. Bu gün hər bir azərbaycanlı fəxr edir ki, Onun əbədiyaşar Ümummilli lideri vardır".
Anar Əliyev