Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənilərin məhv etdiyi Qarabağda qədim alban-xristian kilsəsi

Ermənilərin məhv etdiyi Qarabağda qədim alban-xristian kilsəsi


Zəfər müharibəsindən sonra azad edilən torpaqlarımızda ermənilərin Azərbaycan tarixinin bütün dövrlərinə aid abidələri və mədəni dəyərləri məhv etməsinin şahidi bir daha olduq, gözümüzlə gördük. Nəinki islam, türk abidələri, Alban (Ağvan) dövrünə aid bütün abidələri erməniləşdirməyə cəhd faktları üzə çıxdı, erməniləşdirməyə nail olmadıqlarını isə ya dağıtdılar, ya da nəzarətsiz qoyub içlərində min oyunlardan çıxdılar. İndi isə dünya mediasında yalandan hay küy qaldırırlar ki, ay aman Azərbaycanlılar "erməni kilsələrini" dağıdırlar. Bizimkilər isə o abidələrə dair tutarlı fakt "tapa bilmədikləri" üçün cavab verə bilmirlər. Əslində isə Alban dövrünə aid bütün tarixi yazılar və mənbələr elə abidələrin özündədir. Sadəcə daşları hiss etmək və danışdırmaq lazımdır..

Ermənilər iddia edirlər ki, guya Qarabağda olan kilsələr "onlara aiddir". Yaxşı özlərini "ilk xristian" hesab edən ermənilər Tuğ kəndində olan bu qədim Qtiçavank kilsəsini niyə bu günə salmısınız? Məgər xristian dininin "ilk daşıyıcsı" olan "xalq" belə edə bilərdimi? Bu qədim kilsəni niyə qoruyub saxlamaq çətin oldu sizə ?

Bunun cavabını yaxşı bilirsiz. Çünki bu kilsənin alban (ağvan) dövrünə aid olmaqla yanaşı freskası, memarlıq üslubu, üzərində olmuş yazılar, Xaç nümunələri və şairlərin türklərə məxsus olduğunu bilirsiz. Dəyişmək gücündə olmadığı üçün onu bu günə saldınız.

Yalandan da bu kilsəyə uydurma tarix yazdınız, guya 13-cü əsrə olduğunu iddia etdiniz. Axı bilirsiz ki, 13 əsrdə bu regionda türk dövlətləri var idi, türk xalqı var idi və ən əsası islam dini var idi. Belə bir dövrdə, belə bir mühitdə bu cürə kilsəni burda o dövrdə olmayan ermənilər necə tikə bilərdi axı?

İndi sizlərə bu qədim kilsənin əsl tarixini başa salacam.

9-cu əsrdən qaynaqlarda Tuğ piri kimi adı keçən Qtiçavank kilsəsinin memarlıq üslubu Xudavəng , Kiş və Yeddi kilsə Alban abidələri ilə eynilik təşkil edir. Eyni üslub, eyni freska, eyni cürə tikiliş, eyni cürə mehrab, eyni cürə üzərində olan yazılar.

2017-ci ildə qondarma rejim bu kilsə ətrafında arxeoloji qazıntılar apardı. Nəticə ermənilər üçün şok idi. Üzə çıxan bütün yazılar, damğa və simvollar, işarələr Ağvan-Türk mədəniyyətinə aid idi.

Arxeoloji qazıntılar zamanı məlum oldu ki, kilsənin sovet dövründə daşla tikilmiş, sonra isə sement-qum suvağı ilə örtülmüş başqa bir girişi var. Söküləndən sonra məlum olub ki, giriş tağlı olub. Kilsənin şimal divarı və həyəti torpaq qala ilə örtülmüşdür. 20-dən çox məzar daşı aşkar edilmişdir, hamısı yaxşı vəziyyətdədir və görünən ornamentlər türk mədəniyyətinin bir parçası idi.

Bu məlumat İrəvana verilir və əmr gəlir. Yox edin o tapılan arxeoloji maddi nümunə, qəbr və yazıları
Və ondan sonra kilsə gördüyünüz vəziyyətə salınır.

Qtiçavank kilsəsinin tarixi tam dəqiq olmasa da, memarlıq xüsusiyyətlərinə görə eramızın 2-3 əsrinə aiddir. Kilsə ölçüsü 13x22 metr olan bazilikadır. O, düzbucaqlı formaya malikdir, tonozu dörd dirəklə dəstəklənir. Divarların hörgü işində həm yonma, həm də yarımyonma bloklardan istifadə edilmişdir. Sırf Alban memarlığına aiddir. Eyni zamanda türk nəfəsi ilə tikilib. Üzərində həmçinin tenqriçik ornamentləri də olub.

Kilsə eyni zamanda bir müdaifə qalası rolunu oynayıb. Çünki onun bir tərəfi daş qayaya söykənib.
1136-cı ildə zəlzələ nəticəsində kilsə dağılır, iki yerə bölünür. 13-cü əsrdə yenidən bərpa edilir, amma memarlıq üslubu xətalı olur. 1736-cı ildə Qarabağ mələkləri buranı yenidən təmir edirlər. Rusiyanın işğalından sonra digər alban abidləri kimi bura köçürülən ermənilər tərəfindən mənimsənilməsi baş verir.

Sovet işğalı dövründə bura mədəniyyət mərkəzi olur. Erməni işğalı dövründə isə gördüyünüz şəkilə salınır.
İndi ermənilər beynəlxalq səviyyədə cavab versinlər görək bizə ittiham irəli sürənə qədər Qarabağda məhv etdikləri xristianlığa aid digər abidlər kimi, əsrlər boyu yaşı olan bu abidəni, kilsəni niyə bu günə salıblar ? Məgər xristian kilsələri də ermənilərin düşmənidir ?

Zaur Əliyev, dosent
Xəbəri paylaş