Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

FETÖ-dən 14 may əməliyyatı, Pensilvaniyadan təlimat gəldi -ÖZƏL

FETÖ-dən 14 may əməliyyatı, Pensilvaniyadan təlimat gəldi


Hərbi Hava Qüvvələrindən qovulan FETÖ üzvü Zeynep Külün saxta hesabla seçki təxribatı üzə çıxıb.

Newscenter.az haber7.com-a istinadən bildirir ki, Kül seçkiyə bir neçə gün qalmış tvitterdəki Nilay Yılmaz hesabından çevriliş olacağı barədə paylaşım edib.

Məlumata görə, Pensilvaniyadan seçki ərəfəsində təxribat törətmək və seçkidən sonrakı günlərdə Türkiyədə gərginlik yaratmaq tapşırığı gəlib. Tapşırığa əsasən, FETÖ=çülər saxta hesablar açaraq seçkidən 6 ay sonra Türkiyədə dövlət çevrilişi olacağı, bu üzdənn insanların indidən ərzaq ehtiyatı toplamalı olduğu kimi təxribatçı fikirlərlə xalq arasında təşviş yaradırlar.

Zeynep Kul "Seçkiyə qədər ən azı 2 aylıq ərzaq ehtiyyatı toplayın. Seçkidən sonra 6 ay ərzində əsl çevriliş olacaq" kimi fikirlər dövriyyəyə buraxmaqla FETÖ-nün yeni bir plan hazırladığını ortaya qoymuş olur.

Mehman Mehdiyev
Xəbəri paylaş