Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyev müstəqil, azad, müasir Azərbaycanın memarı, xilaskarı və qurucüsudür -ÖZƏL

Heydər Əliyev müstəqil, azad, müasir Azərbaycanın memarı, xilaskarı və qurucüsudür


"Heydər Əliyev müstəqil, azad, müasir Azərbaycan Respublikasının memarı, xilaskarı və qurucüsudür. O, titanik və çoxillik siyasi və dövlətçilik fəaliyyəti ilə Azərbaycan tarixinə əbədi olaraq qızıl hərflərlə yazılan böyük layihələrə imza atmışdır".

Newscenter.az xəbər verir ki, bu fikirləri YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev səsləndirib. O bildirib ki, Ulu öndərin adı və dövlətçilik fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmır:

"O, "Əsrin müqaviləsi","İpək Yolu", "Bakı-Tbilisi-Ceyhan","Bakı-Tbilisi-Ərzurum" və s. layihələrlə öz adını 20-ci əsrin sonu və 21-ci əsrin əvvəllərində dünya siyasətini müəyyən edən tarixi şəxsiyyətlərin siyahısına daxil etmişdir".

Qafar Əliyev deyib ki, Ümummilli lider həm də Azərbaycançılıq ideologiyasına layiqli töfhələr vermiş və bi ideologiyanı müasir dövrün tələbləri səviyyəsinə qaldıraraq əbədiyaşar etmişdir.

Anar Əliyev
Xəbəri paylaş