Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyev siyasi irsi hər zaman Azərbaycan dövlətinin qorunmasında öz sözünü deyəcəkdir -ÖZƏL

Heydər Əliyev siyasi irsi hər zaman Azərbaycan dövlətinin qorunmasında öz sözünü deyəcəkdir


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Ulu Öndərin 100 illiyi ərəfəsində Azərbaycandan və ondan kənarda çoxsaylı tədbirlər keçirilir, Heydər Əliyevin ruhu, onun əziz xatirəsi böyük ehtiramla yad edilir.

Newscenter.az-ın xəbərinə görə, ümummilli liderin 100 illik yubileyi, ümumiyyətlə Heydər Əliyevin Azərbaycan dövləti bə xalqı qarşısında xidmətlərinə diqqət çəkərkən Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib ki, Azərbaycanda və dünyanın bir çox ölkələrində müasir dövlətimizin xilaskarı, memarı Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi dərin ehtiramla qeyd olunur:

"Onun Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri yad olunur, ruhuna dualar oxunur. Heydər Əliyev, həyatını Azərbaycan xalqına həsr etmiş və dövlətimizin müstəqilliyinin daha da möhkəmlənməsi, müqəddəs bayrağımızın bir daha enməməsi və 90-cı illərin əvvəllərində yaşadığımız təhlükələrlə qarşılaşmamağımız üçün zəngin irs qoymuşdur".

Millət vəkili qeyd edib ki, dövlətimizin və hər birimizin təhlükəsiz gələcəyinin təmin olunması üçün, strateji bir məsələni diqqətdə saxlamağımızda, ağır sınaqlardan çıxmış Heydər Əliyev dövlətçilik irsindən faydalanmağımızda fayda var:

"Bu məsələ nədir. Müasir dünyanın yarandığı gündən bəri, siyasi-iqtisadi maraqlar, təbii resurslar uğrunda, dövlətlər arası şiddətli rəqabət mövcud olmuş, bir an belə fasilə vermədən bu gün də gedir və gələcəkdə də aparılacaqdır. Qlobal güclərin həmin maraqları təmin etmək üçün hiyləgərcəsinə qurduqları mürəkkəb, çox gedişli oyunların, ziddiyətli proseslərin qarşısının dərhal allnmaması bir çox faciələrlə nəticələnir. Bəzi hallarda isə, oturuşmuş dövlətçilik tarixinə malik, böyük dövlətlər belə dağılır, milyonlarla əhalisi isə, ən yaxşı halda qaçqın vəziyyətinə düşür. Bunların baş verməməsi, təsir gücünün azaldılması üçün, “immunitet” olmalıdır. İmmunitetin kökündə isə, cəmiyyətin bütün təbəqələrinin qəbul etdiyi ideoloji baza yaradılmalı, yerləşdiyin coğrafiyanın və regionda maraqları olan geosiyasi güclərin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, balanslaşdırılmış siyasət aparılmalıdır".

Nəsib Məhəməliyevin sözlərinə görə, keçdiyimiz tarixi yol sübut etdi ki, məhz Heydər Əliyevin müəllifi olduğu “Azərbaycançılıq məfkurəsi” rəsmən dövlətçilik idelogiyası olaraq, milli, etnik, dini, irqi mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan xalqını birləşdirdi:

"Hətta, nə vaxtsa, ölkəmizdə yaşamış, ümumiyyətlə, Azərbaycanla cüzi də münasibətləri olmuş, dünyanın müxtəlif ölkələrində yaşayan insanlar, diaspora şəklində birləşdilər. Dünya erməniliyi və havadarlarına qarşı 44 günlük müharibədə, informasiya müharibəsində, ölkəmizin həqiqətlərinin beynəlxalq birliyə çatdırılmasında əhəmiyyətli işlər gördülər. Azərbaycançılıq məfkurəsi, 50 milyondan artıq xalqı “Dəmir Yumruq” ətrafında birləşdirdi. Artıq ikinci ildir ki, Rusiya-Ukrayna arasında yüz minlərlə həlak olmuş, milyonlarla insanın həyatını cəhənnəmə çevirmiş, dəhşətli dağıntılarla müşahidə olunan geniş miqyaslı müharibə gedir. Sonu bəlli deyil. Bunu və digər regionlarda baş verən prosesləri təhlil etdikcə, bir daha əmin olursan ki, Ulu Öndərin əsasını qoyduğu strategiyanın, Prezident İlham Əliyevin apardığı siyasətin alternativi yoxdur. Yerlə yeksan olunmuş Ukraynaya, tarixi Qələbəmizi həzm edə bilməyən cənub qonşumuzun son dərəcə aqressiv, düşmənçilik davranışlarına, daxilimizdəki müxtəlif dövlətlərin maraqlarına xidmət edən müxtəlif təyinatlı 5-ci kolonun agentura şəbəkəsinə baxdıqda görürsən ki, dövlət idarəetmə sistemində buraxılmış cüzi səhvin belə, arzuolunmaz fəsadları ola bilərdi".

Deputat sonda onu da deyib ki, Heydər Əliyev siyasi irsi, hər zaman Azərbaycan dövlətinin qorunmasında, tarixin yarixin yaratdığı kataklizmlərin qarşısının alınmasında, daha da güclənməsində öz sözünü deyəcəkdir. 100 illiklər keçəcək, nəsillər dəyişəcək, xalqımıza xidmət edəcəkdir:

"Allah rəhmət eləsin, ruhu şad olsun!!!".

Anar Əliyev
Xəbəri paylaş