"Bu gün hər birimiz böyük hörmət və ehtiramla ulu öndər Heydər Əliyevi yad edirik".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib.
Deputat qeyd edib ki, 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinə verilən yüksək qiymətdir:
"Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının tarixində əvəzsiz xidmətlər göstərmiş dahi şəxsiyyətdir. Bu gün hər kəs böyük qürur hissi ilə azərbaycanlıyam deyirsə biz bunu ulu öndər Heydər Əliyevə və əsasını qoyduğu uğurlu siyasətə borcluyuq. Ümummilli Lider Heydər Əliyev xalqını və dövlətini sevən, ömrünü dövlətinə həsr edən müdrik şəxasiyyətdir. Ulu Öndər Heydər Əliyev Azərbaycan milli tarixində özünəməxsus yer tutan nadir tarixi şəxsiyyətlərdəndir. Onun zəngin irsi hələ uzun müddət diqqət mərkəzində olacaq və gələcək nəsillər tərəfindən öyrəniləcək. Heydər Əliyevin müdrik siyasətçi kimi dövlətimizin inkişafı üçün gördüyü işlər Azərbaycan tarixində silinməz izlər qoyub".
Deputat vurğulayıb ki, ulu öndər Heydər Əliyevin ən böyük arzusu ərazi bütövlüyümüzün bərpası idi:
"Ümumilli liderimizin bu arzusunu onun layiqli davamçısı İlham Əliyev gerçəkləşdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Müzəffər ordusu 44 günlük Vətən müharibəsində düşməni döyüş meydanında biabırçı məğlubiyyətə uğradaraq ərazi bütövlüyümüzü bərpa etdi. Bu gün əminliklə deyə bilərik ki, Heydər Əliyevin bizə miras qoyduğu siyasi kursu uğurla davam etdirən cənab prezident İlham Əliyevlə dövlətimiz bundan sonra da daha böyük uğurlara imza atacaq".(sonxeber.az)