Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Keçirilən görüşlərdən nəticə gözləmək indiki məqamda özünü aldatmaq olar -ÖZƏL

Keçirilən görüşlərdən nəticə gözləmək indiki məqamda özünü aldatmaq olar


Vaşinqton görüşünün ardınca Azərbaycan və Ermənistan arasında nöövbəti təmasların Brüsseldə olacağı bildirilir. Bu dəfə XİN rəhbərləri deyil, hər iki ölkənin liderlərinin bir araya gələcəyi bildirilir. Bəs, görəsən bu kimi görüşlər sülh müqaviləsinin imzalanmasını nə dərəcədə yaxınlaşdırır?

BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımovun Newscenter.az-a bildirdiyinə görə, görüşlərin intensivliyi hansısa nəticə alınmağa hesablanmış kimi görünsə də hesab etmək olar ki, mövqelərdəki prinsipial fərqlər bunu imkansız edir:

"Məğlub tərəf nə qədər ki, özünün şərtlərini irəli sürəcəksə, bu görüşlər sadəcə görüş olmaqdan o tərəfə getməyəcək. Bu praktikanı biz yaşamışıq. 30 il işğal dövründə də mövqelərin bir çox məsələlərdə yaxınlaşdığını, sadəcə bir-iki əsas məsələdə fərq olduğunu deyirdilər və bu fərqlər elə problemin mahiyyətini təşkil edirdi. İndi də həmin məsələlər yenidən qabardılır".

Politoloq deyib ki, Amerika, Brüssel ya Moskva bu görüşlərdən nəticə gözləsə idi problem çoxdan həll edilmişdi:

"Onlar yalnız öz dərin məqsədlərini güdürlər. Görünən odur ki, bu məsələni də Azərbaycan görüşlərdən imtina etməklə özü həll etməli olacaq. Keçirilən görüşlərdən nəticə gözləmək indiki məqamda özünü aldatmaq olar.
İki bir-birinə qarşı duran qütbün davasından Azərbaycan-Ermənistan üçün sülhün çıxması mümkünsüzdür".

Anar Əliyev
Xəbəri paylaş