Dünya şöhrətli dövlət və siyasi xadim, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi dünyada və ölkəmizin hər yerində olduğu kimi Lerik rayonunda da geniş qeyd olunur.
Newscenter.az xəbər verir ki, bu gün Lerikdə keçirilən tədbirdə Ulu Öndərin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri qoyulub. Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Millli Məclisin deputatı İqbal Məmmədov, yerli icra qurumlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Ziyarətdən sonra tədbir Lerik Rayon Mədəniyyət Mərkəzində davam edib. Əvvəlcə tədbir iştirakçıları mərkəzin foyesində ümummilli liderlə bağlı fotosərgi ilə tanış olublar.
Mərasimdə Ulu öndərin həyat və yaradıcılığını özündə əks etdirən film nümayiş olunub.
Anar Əliyev