"Cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən, bu il Azərbaycanda Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar olaraq "Heydər Əliyev İli" elan olunub və bu münasibətlə silsilə tədbirlər həyata keçirilir. Bu gün prezidentin Şuşa şəhərindən xalqa müraciəti və səsləndirdiyi fikirlər xüsusi önəm kəsb edir".
Bu fikirləri Newscenter.az-a səsləndirən AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib ki, ümummilli liderin vəsiyyətini həyata keçirən ölkə rəhbəri, ordunun Ali Baş Komandanı kimi tarixi ədaləti bərpa etdi:
"Ermənistan üzərində parlaq qələbə qazanaraq xalqımızın mənliyini və özgüvənini geri qaytardı. Dövlət başçısının xalqa müraciətini Şuşadan etməsi simvolik məna daşıdığı kimi, Ermənistan tərəfinə ünvanlanmış siyasi mesaj idi. Bununla Ermənistan rəhbərliyi və separatçı rejimə mütləq gücün və hakimiyyətin kimin əlində olduğunu, regionda Azərbaycanın maraqlarına zidd heç bir siyasi prosesə imkan verilməyəcəyi mesajını ünvanlamış oldu. Çünki bundan bir gün öncə Xankəndində 9 May mitinqi keçirildi və mitinq bir neçə kontekstdə diqqəti cəlb etdi. İlk öncə əvvəlki mitinqlərdən fərqli olaraq iştirakçı sayı çox az idi və bu da ona işarədir ki, separatçı rejim bu dəfə öncəki dönəmlərdə olduğu kimi pul qarşılığında Ermənistandan iştirakçı gətirə bilməyib. Bu isə nəzərət-buraxılış məntəqəsi effekti kimi xarakterizə olunmalıdır".
Pərviz Mirizadə hesab edir ki, digər tərəfdən iştirakçı sayının az olması qondarma rejimin Qarabağda yaşayan ermənilər arasında tədricən öz populyarlığını itirdiyinin göstəricisidir.:
"Bu minvalla prezidentin Şuşa çıxışı Xankəndində yaşayan ermənilər üçün də reallıqların nümayişi kimi xarakterizə olunmalıdır".
Anar Əliyev