Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyənin istiqamətinin Qərbə yönəldilməsi onu yenə də Qərbin vassalına çevirmək cəhdidir

Türkiyənin istiqamətinin Qərbə yönəldilməsi onu yenə də Qərbin vassalına çevirmək cəhdidir


Azərbaycan xalqı olaraq qardaş Türkiyədə prezident seçkilərini dərindən izləyirik. Bir millət-iki dövlət olduğumuzdan Türkiyədə kimin prezident seçiləcəyi həm də bizləri dərindən maraqlandırır. Son yüz ildə Türkiyənin bir dövlət olaraq keçdiyi yolu, onun bu müddət ərzində haradan haraya gəldiyini və ona rəhbərlik edən birinci şəxslərin və hökumətlərin fəaliyyətini obyektiv araşdıranlar yəqin razılaşarlar ki, hazırki Prezident Receb Tayyib Erdoğan, Mustafa Kamal Atatürkdən sonra, Türkiyənin xarici asılılıqdan qurtarması, müstəqilliyi, milli mənafelərinin qorunması, hərtərəfli inkişafı, türk dövlətlərinin birliyi uğrunda bütün varlığı ilə çalışan yeganə liderdir! M.K.Atatürkdən sonra Türkiyədə hakimiyətə kimin gələcəyi məsələsi əsasən ABŞ başda olmaqla Qərbdə müəyyən edilirdi və Qərbi qane etməyən türk hakimiyyətləri müxtəlif yollarla (əsasən hərbi çevriliş yolu ilə) devrilirdi. R.T.Erdoğan, M.K.Atatürkdən sonra, Türkiyəni müstəqil, xaricdən idarə olunmayan və ondan asılı olmayan, sürətlə inkişaf edən, türk dünyasını birləşdirən yeganə liderdir! Təbiidir ki, Türkiyənin sürətli inkişafı, müstəqil siyasət yeritməsi, dünyada söz sahibi olması ABŞ başda olmaqla Qərb dünyasını qane etmir. Ancaq onlar Receb Tayyib Erdoğan Türkiyəsinə öz istədiklərini də diktə edə bilmirlər! Və bu səbəbdən, öz adətlərinə uyğun olaraq, 2016-cı il 15 iyul tarixində İstanbul və Ankarada dövlət çevrilişinə cəhd etdilər. Çevrilişə cəhd edənlərin məqsədi Türkiyədə mövcud hakimiyyəti devirmək idi. Ancaq Türk xalqı buna imkan vermədi və Receb Tayyib Erdoğanı dəstəklədi!

Receb Tayyib Erdoğanın çevriliş yolu ilə devrilməsinin mümkün olmadığını dərk edən mənfur qüvvələr bunun üçün 14 may seçkilərini fürsət hesab edirlər və bu məqsədlə “layiqli namizəd” də tapıblar -Kemal Kılınc-dar(!) oğlu. Qərbin Türkiyədə prezident seçkisində namizədi olan bu “siyasətçinin” çıxışlarını dinləyəndə adam dəhşətə gəlir. Türkiyənin üzqarası olan bu “siyasətçinin” çıxışlarına diqqət edənlər görməmiş deyillər ki, o, nəinki prezident, heç bələdiyyə başqanı olmağa yaraşmır! Allah eləməsin, bir “zəlzələ” baş versə və bu “siyasətçi” prezident olsa Türkiyəni yalnız fəlakət gözləyir.

Bu “siyasətçinin” irəli sürdüyü bir neçə məqama nəzər yetirək: deyir ki, Türkiyədə demokratiya yoxdur və o prezident seçilsə Türkiyədə demokratik rejim quracaq. Bay Bay Kemal, Türkiyədə demokratiya olmasaydı sən açıq-aşkar iftira dolu çıxışlar edə bilərdinmi? Və ya terrorçuların dəstəklənməsinin, onlara geniş imkanların yaradılacağı vədinin, terrorçü PKK-ya dəstəyin demokratiya ilə hansı əlaqəsi var? ABŞ, Fransa başda olmaqla Qərb dövlətlərinin türk düşməni olduğunu bilərək, prezident seçiləcəyi təqdirdə Türkiyənin istiqamətinin Qərbə yönəldəcəyini deməsi Türkiyəni yenə də Qərbin vassalına çevirmək cəhdi deyilmi? “Həyatının böyük layihəsi”ni elan edib və bir kağız üzərində onun “xəritəsini” verib bu hələ də dövlət idarəçiliyi sahəsində heç bir səriştəsi olmayan, kifayət qədər formalaşmayan “siyasətçi”. Bu adam başa düşmür ki, belə layihələrin hazırlanmasına illər və texniki-iqtisadi əsaslandırmalar gərəkdir. Ancaq bu “siyasətçi” ona sifariş verənlərə yarınmağın yolunu yaxşı bilir! Görünür “Həyatının böyük layihəsinin” Azərbaycandan yan keçməsini, beləliklə də, türk dövlətlərini birləşdirəcək Zəngəzur dəhlizi məsələsinin gündəmdən çıxarılmasını ona sifariş veriblər. Türk dünyasına bundan da böyük xəyanət olarmı? Bu adam hər fürsətdə Azərbaycan əleyhinə iftiralr yağdırır, türk birliyinə qarşı çıxır və beləliklə də, əslində Türkiyənin də mənafelərinə xəyanət edir. Ancaq keçməz, Bay Bay Kemal! Türk xalqı müdrik xalqdır, kimin kim olduğunu yaxşı bilir və inanırıq ki, 14 mayda öz düzgün seçimini edəcək və Recəb Tayyib Erdoğana səs verəcəkdir!

P.S. 14 mayda Receb Tayyib Erdoğanın Prezident seçiləcəyinə əmin olan Azərbaycan Prezidenti İlham Əliyev aprelin 29-da Türkiyədə keçirilən “Teknofest-2023” festifalında onu Azərbaycana rəsmi səfərə dəvət edib! Bu qədər...


Teyyub Əliyev-politoloq
Xəbəri paylaş