Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ümummilli lider xalqımız üçün əbədiyyət günəşidir -ÖZƏL

Ümummilli lider xalqımız üçün əbədiyyət günəşidir


"Azərbaycan xalqı tariximizdə yaşayan ən böyük azərbaycanlılardan birinin - Ulu öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Bütün ömrünü, həyat və fəaliyyətini vətəninə, xalqına, dövlətinə həsr edən fədakar insanın irsi hər birimiz üçün əzizdir, doğmadır".

Bu fikirləri Newscenter.az-a səsləndirən ictimai-siyasi fəal Anar Salehoğlu deyib ki, Heydər Əliyevə əbədiyaşarlıq bəxş edən onun daim milli mövqedən çıxış etməsi, milli mənafeni şəxsi mənafedən üstün tutması, xalqı azadlığa, müstəqilliyə hazırlaması, dövlətçiliyimizin təməl prinsiplərini möhkəmləndirməsi olub:

"Bu istiqamətdə o, çox əziyyətlər çəkib. "Heydər Əliyev İli" Azərbaycan gəncləri üçün ümumilli liderimizin siyasi irsini öyrənmələri, onun fəaliyyətini, fikirlərini və çıxışlarını dərindən təhlil edərək nəticə çıxarmaları üçün böyük imkanlar yaradır. Heydər Əliyev elə bir şəxsiyyət olub ki, bütün sahələrdə nümunəvi olmağı bacarıb. Xüsusilə gənclər üçün bu nümunələrin mənimsənilməsi vacibdir".

Anar Salehoğlu qeyd edib ki, ulu öndərin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam" ifadəsi hər bir azərbaycanlının şüarına çevrilib:

"Bu ifadə Azərbaycançılıq ideologiyasının fundamentində dayanır. Heydər Əliyev siyasəti Azərbaycanda bütün sahələrdə hiss olunur. Burada dahi şəxsiyyətin layiqli davamçısı prezident İlham Əliyevin də rolu böyükdür. Bunun ən bariz nümunəsi 44 günlük vətən müharibəsində qazanılan möhtəşəm qələbədir".

Onun sözlərinə görə, ümummilli lider xalqımız üçün əbədiyyət günəşidir:

"Azərbaycan həmin günəşin işığında gələcəyə doğru inamla addımlayır. Qaranlıq günlər və qanlı hadisələr geridə qaldı. Ulu öndər öz xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirdi. Bütün olanları dərindən təhlil edərək bunlardan nəticə çıxarmalı bir də keçmiş səhvlərimizi təkrarlamamalıyıq. Heydər Əliyev kimi dahilər min ildə bir dəfə dünyaya gəlir. Xoşbəxtlikdən uca yaradan onu Azərbaycan xalqına bəxş edib. Aylar-ayları, illər-illəri əvəz edəcək, əsrlər keçəcək amma zaman Heydər Əliyevi unutmayacaq, tarix onu əbədi yaşadacaq".

Anar Əliyev
Xəbəri paylaş