Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

44 günlük Vətən müharibəsində müzəffər ordumuz sübut etdi ki,... -ÖZƏL

44 günlük Vətən müharibəsində  müzəffər ordumuz sübut etdi ki,...


Azərbaycan Silahlı Qüvvələrinin günümüzdə mobil bir qüvvəyə çevrilməsi, dövlət sərhədlərini etibarlı şəkildə qorumasının təməlində zamanında bu istiqamətdə atılan uğurlu addımlar, həyata keçirilən tədbirlər dayanır. Məhz bu günə qədər ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, onun şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi istiqamətində atılan addımların nəticəsidir ki, İkinci Qarabağ müharibəsini Azərbaycan Ordusu zəfərlə başa vurdu.

Elə Yeni Azərbaycan Partiyasının üzvü Afaq Mustafayeva da bu qənaətdədir. Newscenter.az-ın xəbərinə görə, Afaq Mustafayevanın qənaətincə, 44 günlük Vətən müharibəsində müzəffər ordumuz sübut etdi ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti düzgün və məharətlə həyata keçirilib:

"Bütün komponentlərdə üstün olan Silahlı Qüvvələrimiz düşmən təxribatının qarşısını qətiyyətlə aldı və dünyaya Azərbaycan Ordusunun qüdrətini nümayiş etdirdi".

Anar Əliyev
Xəbəri paylaş