"Bir neçə gün öncə Rusiyaya bağlı “Vagner” muzdlu dəstəsinin lideri, Putinin aşpazı hesab olunan Yevgeni Priqojinin Baxmutdan yaydığı video müraciət dünyanın ikinci ən güclü ordusu hesab edilən Rusiya ordusunun düşdüyü çətin durumu ortaya qoydu".
Bu fikirləri Newscenter.az-a politoloq Əmrah Cəfərov səsləndirib. Onun sözlərinə görə, təxminən 9 aydır ki, döyüşlər gedən Baxmutun ələ keçirilməsi vəzifəsi də məhz “Vagner”in üzərindədir və xüsusilə də, 9 May ərəfəsində şəhərin tam ələ keçirilməsi planlaşdırılırdı:
"Priqojinin videomüraciətinə baxmayaraq, Rusiyanın Baxmutdan çəkilməsi baş vermədi. Bu da o deməkdir ki, Baxmut hələ bir müddət də Rusiya və Ukrayna orduları üçün “qara dəlik” olmağa davam edəcək. Bütün cəbhə boyu duruma nəzər saldıqda isə havaların isinməsi ilə paralel gərginliyin artdığı müşahidə olunur. Ukraynanın geniş miqyaslı əks-hücum əməliyyatına başlaması və fərqli cəbhələrdə uğur qazanması istisna deyil".
Anar Əliyev