Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çindən Avropaya yük daşımaları üçün yeni marşrut -ÖZƏL

Çindən Avropaya yük daşımaları üçün yeni marşrut


"Azərbaycan tərəfindən həyata keçirilən Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi nəqliyyat-infrstruktur layihələri Transxəzər Şərq-Qərb Nəqliyyat Dəhlizini formalaşdırır, bu isə Çindən Avropaya yük daşımaları üçün yeni marşrutdur. Azərbaycan hesab edir ki, bu nəqliyyat marşrutu malların Çindən Avropaya, Avropadan isə Çinə gətirilməsi üçün ən qısa yoldur".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Leyla Əliyeva səsləndirib. Onun sözlərinə görə, Azərbaycan hökuməti BMT Təhlükəsizlik Şurasının daimi üzvü, dünyanın ikinci böyük iqtisadiyyatına malik Çin Xalq Respublikası ilə ikitərəfli siyasi əlaqələrin inkişafına böyük əhəmiyyət verir:

"Cari ilin 3 may tarixində Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda Cənab Prezident İlham Əliyev qeyd etmişdir ki, “Azərbaycan və Çin arasında əla münasibətlər var və görülən işlər həmin əməkdaşlığın inkişafı üçün zəmin yaradır.”.

Natiq Orucov
Xəbəri paylaş