Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan sülh müqaviləsinin imzalanmamasına çalışır -ÖZƏL

Ermənistan sülh müqaviləsinin imzalanmamasına çalışır


Ötən gün və bu gün baş verən erməni təxribatı bir daha sübut etdi ki, Ermənistan sülhə hazır deyil və bu ölkə mümkün qədər Azərbaycanla münasibətlərin normallaşması istiqamətində ortaya qoyulan təşəbbüslərə, beynəlxalq fəaliyyətlərə zərbə vurur. Elə YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov da bu qənaətdədir.

Newscenter.az-ın xəbərinə görə, hakim partiya rəsmisi hesab edir ki, Ermənistan bu gün də məqsədli şəkildə sülh müqaviləsinin imzalanmamasına çalışır. Onun sözlərinə görə, bəzi dünya gücləri baş verənlərə yenə də seyrçi mövqedə dayanmaqla dövlətlərarası münasibətlərdə əsas amil olan etimad mühitinin mövcud olmadığını nümayiş etdirirlər:

"Bütün hallarda Azərbaycan Zəfərimizin yaratdığı reallıqlara söykənək irəliyə doğru inamla addımlayır, hər bir məsələnin həllində beynəlxalq hüququn rolunu önə çəkir. Ölkəmiz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıdır".

Natiq Orucov
Xəbəri paylaş