“Türkiyədə Məmləkət Partiyasının sədri Muharrem İncənin namizədliyini geri götürməsi hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın əlini gücləndirmiş olacaq. Ehtimal etmək olar ki, İncəni dəstəkləyən elektoratın böyük əskrəriyyəti 14 may seçkilərində Rəcəb Tayyib Ərdoğana səs verəcək”.
Bu fikirlər “Xəbər Mərkəzi” Analitik Qrupun açıqlamasında yer alıb. Newscenter.az-a Analitik Qrupdan bildirilib ki, Muharrem İncənin elektoratının əksəriyyətinin CHP-dən narazı təbəqə olduğunu nəzərə alaraq belə qənaətə gəlmək mümkündür:
“Ona görə də CHP və onun rəhbərliyindən narazı olan təbəqənin Kamal Kılıçdaroğluna səs verməsi qeyri-mümkün görünür”.
Analitik Qrup hesab edir ki, İncənin namizədliyini geri götürməsi seçkilərin taleyinin ilk turda həll olmasına imkan yaradacaq.
Mehman Mehdiyev