Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İncənin planlı, düşünülmüş addımı -ÖZƏL

İncənin planlı, düşünülmüş addımı


Qardaş Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri Azərbaycanda da maraqla müşahidə edilməkdədir. Seçkiyə sayılı günlər qalmış prezidentliyə namizədlərdən Muharrem İncənin namizədliyini geri götürməsinə Azərbaycan siyasiləri də öz mövqelərini bildiriblər.

Newscenter.az-ın xəbərinə görə, İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay hesab edir ki, "Məmləkət" Partiyası başqanı Müherrem İncenin, əvvəl müxalifət 7-liyini tərk edib, ayrıca namizədliyini verməsi, sonradansa, bu gün namizədliyini geri çəkməsi, onun planlı, düşünülən addımıdır:

"Səbəbisə, bu faktorlardır. Təbiətən, həm də, siyasi mövqeyi ilə dövlətçilik xassəli Muharrem İncə 1-ci addıma 7-liyin mahiyyətcə səriştəsiz və vahid komanda olaraq dayanıqsız olduğunu görərəkən, qərar verib. Hakimiyyətə gələ biləcəkləri halda isə, Türkiyənin uzun illər boyu formalaşmış dövlət sisteminə deqredativ xələl, ölkəyə isə, qəza gətirə biləcəyini anlamış".

İlqar Altay deyir ki, namizədliyini geri çəkmə kimi, 2-ci addımında isə seçki kampaniyası günləri prosesləri izləyib, müqayisə edib:

"Enində-sonunda Ərdoğanın cumhurbaşqanlığının Türkiyə dövlətçiliyinin və ölkədə stabilliyin qorunması, bu, vacib əsaslar üzərində də ölkəni inkişaf və firavanlığa doğru aparmaq imkanını anlayıb, ona dəstək fikirlidir".

İlqar Altay hesab edir ki, 14 may seçkilərinə saylı günlər qalmış Ərdoğan ətrafında siyasi, ictimai dəstək addımları daha da çoxalacaq:

"Seçkilərin 2-ci tura qalacağı halda, Ərdoğanın siyasi potensialı, seçilmə imkanı daha da artar. Türkiyə dövləti, xalqı, Türk Dünyasına xeyirlisi".

Anar Əliyev
Xəbəri paylaş