Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran silahları ilə Azərbaycan əsgərinin şəhid edilməsinin günahı molla rejiminin üzərinə düşür -ÖZƏL

İran silahları ilə Azərbaycan əsgərinin şəhid edilməsinin günahı molla rejiminin üzərinə düşür


Ermənistan bi dəfəki təxribatı zamanı İran istehsalı olan silahlardan istifadə edib. Yayılan məlumatlarda Azərbaycan Ordusunun mövqelərinə zərbələrin İran istehsalı olan dronlar tərəfindən edildiyi vurğulanır.

Newscenter.az-ın xəbərinə görə, BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib ki, bu faktın dəqiqliyi yoxlanılmalıdır. Onun sözlərinə görə, belə bir fakt varsa, Azərbaycan İranla bütün əlaqələrini kəsməli və İranı düşmən ölkə elan etməlidir, hansıki bunun belə olduğu kimsədə şübhə doğurmur:

"İran silahları ilə Azərbaycan əsgərinin şəhid edilməsinin günahı İranın fars molla rejiminin üzərinə düşür. İranla Azərbaycanın son dövrlər siyasi münasibətlərinin kəskinləşdiyi bir dövrdə iqtisadi əlaqələrin genişləndiyi, mal dövriyyəsinin az qala iki dəfə artdığı deyilir. Bu fakta Azərbaycan hakimiyyəti açıqlıq gətirməlidir. Bunun səbəb və məqsədlərini bəyan etməlidir. İran dövlətinin istehsal etdiyi malların Azərbaycan iqtisadiyyatı üçün nə kimi əhəmiyyəti vardır ki, bundan vaz keçə bilmirlər? Niyə İran iqtisadiyyatının ayaqda durmasına dəstək olurlar? Niyə beynəlxalq sanksiyalar altında olan İran rejiminə sanksiyalardan yan keçməyə şərait yaradırlar? Niyə bu günə kimi İran istehsalı malların digər ölkələrdən alınması işini aparmayıblar? Təcili şəkildə İranla bütün iqtisadi əlaqələrin kəsilməsini tələb edirik!".

Mehman Mehdiyev
Xəbəri paylaş