Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kılıçdaroğlu İncə ilə görüşməyə çalışacaq -ÖZƏL

Kılıçdaroğlu İncə ilə görüşməyə çalışacaq


Türkiyədə mayın 14-də baş tutacaq prezident seçkilərinə sayılı günlər qalmış namizədlərdən biri seçki prosesindən çəkildiyini açıqlayıb. Belə ki, Məmləkət Partiyasının sədri Muharrem İncə namizədliyini geri götürüb. İncə namizədliyini heç bir iddialı şəxsin xeyrinə geri götürmədiyini vurğulayıb.

Ancaq ekspertlər hesab edir ki, digər prezidentliyə namizədlər, xüsusilə də CHP sədri Kamal Kılıçdaroğlu İncənin elektoratından istifadə etməyə çalışacaq. Hətta CHP liderinin İncə ilə görüşməyə çalışacağı da istisna edilmir. Elə politoloq Elxan Şahinoğlu da belə düçünür.

Newscenter.az-ın xəbərinə görə, politoloq deyib ki, Kamal Kılıçdaroğlunun prezidentliyə namizədlikdən geri çəkilən Muharrem İncənin səslərinə ehtiyacı var:

"Kılıçdaroğlu bu məqsədlə İncə ilə görüşməyə çalışacaq. Muharrem İncə 2018-ci il prezident seçkisindən sonra üzvü olduğu Cumhuriyyət Xalq Partiyasına küskün oldu, ona dəstək verilmədiyindən şikayətçi idi. İncə CXP-dən ayrılaraq Məmləkət Partiyasını qurdu. İncə son illərdə CXP-ni və keçmiş liderini tənqid edirdi. Ancaq bunlar indi geridə qalıb və mərhum dövlət başçısı Süleyman Dəmirəlin sözü olmasın “siyasətdə 24 saat böyük müddətdir”. Yəni siyasətçi dünən dediyinin əksinə olaraq bu gün mövqeyində dəyişiklik etmək və bunu izahını vermək bacarığına malik olmalıdır. Ona görə də Kamal Kılıçdaroğlu gələcək kabinetində İncəyə nəsə vəd etsə, anlaşa da bilərlər".

Anar Əliyev
Xəbəri paylaş