Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Brüssel görüşünə mane olmağa çalışır -ÖZƏL

Rusiya Brüssel görüşünə mane olmağa çalışır


“Ötən gün və bu gün Ermənistanda şərti sərhəddə baş verən təxribatlar və Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin iriçaplı silahlardan intensiv atəşə tutulmasının təlimatını Kreml verib”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri hesab edir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşünün ardınca iki ölkə liderinin Brüsseldə görüşəcəyi barədə xəbərlərin yayılması və görüş barədə ümumi razılığın əldə edilməsi Kremlin maraqlarına qətiyyən cavab vermirdi:

“Bu istər-istəməz Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, tərəflər arasında sülh müqaviləsinin imzalanması prosesində Rusiyanın kənarda qalması demək idi. Buna görə də Rusiya Ermənistanın əli ilə şərti sərhəd hesab olunan ərazidə təxribat törətməklə Brüssel görüşünə mane olmağa çalışdı”.

Arzuman Muradlı keçən il də Brüssel görüşü ərəfəsində anoloji hadisənin yaşandığını və Azərbaycanla Erməniustan rəhbərliyinin görüşünün təxirə düşdüyünə diqqət çəkərək “Çox güman ki, bu dəfəki Brüssel görüşü də təxirə düşəcək” deyə, vurğulayıb.

Mehman Mehdiyev
Xəbəri paylaş