Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya demək istəyir ki, mənsız heç bir sülh mümkün deyil -ÖZƏL

Rusiya demək istəyir ki, mənsız heç bir sülh mümkün deyil


Ermənistan yenə öz ənənəsinə sadiq qalaraq təxribata əl atdı. Vaşinqton görüşü başa çatar-çatmaz, Brüssel görüşünə sayılı günlər qalmış Ermənistanın yenidən təxribata əl atması bir daha onu sübut etdi ki, bu ölkə qətiyyən sülhə hazır deyil. Elə BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov da bu qənaətdədir.

Newscenter.az-a verdiyi açıqlamada Azər Qasımov deyib ki, təxribatın olacağı mütləq idi. Onun sözlərinə görə, sülh danışıqlarının intensivləşdiyi bir dövrdə bu təxribatlar həmişəki kimi heç kimi təəccübləndirmədi:

"Erməni toplumunun sülh yolu ilə razılığa gələ bilmə ehtimalını yoxa endirir. Erməni toplumu son dəfə yaxşı qırılmasa sakitləşən deyil".

Politoooq deyib ki, Rusiya da ermənilərin bu gerizəkalılığından istifadə etməyi yaxşı bacarır:

"Rusiya demək istəyir ki, mənsız heç bir sülh mümkün deyil. Mənimlə isə heç mümkün deyil".

Anar Əliyev
Xəbəri paylaş