Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya öz qaydalarını diqtə etmək üçün münaqişəni qızışdırmağa çalışır -ÖZƏL

Rusiya öz qaydalarını diqtə etmək üçün münaqişəni qızışdırmağa çalışır


Ermənistanın növbəti təxribatı nəticəsində sərhəd boyunca gərginlik davam edir. Günorta saatlarından etibarən düşmən artileriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutur. Brüssel görüşü ərəfəsində yaranan vəziyyət belə bir fikir formalaşdırıb ki, bu dəfəki erməni təxribatının tapşırığı da məhz Rusiyadan verilib. Elə siyasi ekspert Çingiz Şahbazi də belə düşünür.

Newscenter.az-a verdiyi açıqlamada Çingiz Şahbazi deyib ki, Vaşinqton gorüşü ərəfəsində növbəti görüşün Moskvada keçiriləcəyi xəbərləri, daha sonra bu gorüşə Rusiyanın hazır olmaması üzündən mayın 14-də Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə görüşünün keçirilməsi haqda qəbul edilən qərar, əlbəttə ki, Rusiyanı qane edə bilməzdi. Onun sözlərinə görə, Paşinyanın Moskvaya paradda iştirak etmək üçün səfəri və bu səfərdən dönməsindən qısa müddət sonra, mayın 10-da axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutması açıq təxribat hadisəsi idi:

"Bu gün Putinin təbirincə "Rusiya öz qaydalarını diqtə etmək üçün münaqişəni qızışdırmağa çalışır" desək yanılmarıq. Doğrudur, Putin bu sözləri Ukrayna müharibəsindən dolayı ABŞ və Qərbin siyasi dairələri üçün deyib, amma, Ermənistan və Azərbaycan arasında on illərlə davam edən münaqişəyə səbəb olanlar üçün də bu cümlələri işlətmək mümkündür. Ermənistanda və Qarabağda qanunsuz rejimin üzərində nə qədər ki, Rusiyanın diktəsinin hökmü var və davam edir, sülh haqqında danışıqların nəticəsi effektli ola bilməz".

Anar Əliyev
Xəbəri paylaş