Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zod istiqamətində yaşanan insidentin pərdə arxası məqamlarında Paşinyanın Moskva səfəri var -ÖZƏL

Zod istiqamətində yaşanan insidentin pərdə arxası məqamlarında Paşinyanın Moskva səfəri var


"Ermənistan tərəfi növbəti dəfə destruktiv mövqe nümayiş etdirərək Basarkeçər rayonunun Zod istiqamətindən silahlı qüvvələrimizin mövqeylərini iriçaplı silahlardan atəşə tutub. Baş verən insidentə bir neçə aspektdən yanaşmaq olar. İlk olaraq onu qeyd etmək lazımdır ki, İrəvan rəhbərliyinin qeyri-konstruktiv yanaşması böyük ölçüdə Brüssel danışıqlarından imtina etmək istəyi kimi başa düşülə bilər. Çünki Azərbaycanın delimitasiya prosesi ilə bağlı tələblər paketində Ermənistanı qane etməyən bir çox nüanslar mövcuddur".

Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. Onun sözlərinə görə, ikinci məqam isə bir müddət öncə baş tutan Vaşinqton danışıqları fonunda Kremlin cavab mesajı sayıla bilər:

"Moskva açıq şəkildə iki ölkə münasibətlərində ABŞ-ın fəallıq göstərməsindən narahatdır və məlum danışıqlar kontekstində üçtərəfli bəyanat müddəalarından kənar hər hansı bir siyasi prosesi qəbul etməyəcəklərini vurğulayırlar. Zod istiqamətində yaşanan insidentin pərdə arxası məqamlarında Paşinyanın Moskva səfəri və Kremldən aldığı göstərişlər də var. Rusiya Cənubi Qafqaza özünün tarixi-siyasi mirası kimi yanaşır və regionda siyasi mühütlə bağlı Qərblə mübarizə aparmaq üçün müxtəlif variantlara əl atır".

Anar Əliyev
Xəbəri paylaş