Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sülh bizə yox, Ermənistana lazımdır

Sülh bizə yox, Ermənistana lazımdır


"Qarabağ məsələsi ətrafında mövcud olan indiki durumun ortaya çıxması yalnız Azərbaycanın atdığı addımların nəticəsində mümkün olub. Ermənistan, Rusiya və ya digərləri bu günə kimi prosesin müsbət istiqamətdə getməsi üçün heç bir addım atmayıblar, bundan sonra da atmayacaqlar. Onlar ancaq, əvvəllər də, indi də vaxt uzatmaqla məşğul olublar. Sülh danışıqları, sülh müqaviləsi kimi anlayışlar boş söhbətlərdir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, Azərbaycan əslində problemi artıq həll edib:

"Tək qalan Zəngəzur dəhlizinin açılmasıdır ki, bu da asan məsələdir. Laçın dəhlizini tamam bağlamaqla qısa zamanda həll olunası işdir. Siz dəhlizi açın, biz də yolu açaq. Bu qədər sadə. Sülh bizə yox, Ermənistana lazımdır. İstəmirlərsə, özləri bilər. Şərti sərhəddi haradan bizə sərf edirsə, ordan çəkib, gücləndirmək lazımdır. Bundan sonra Ermənistan və havadarları bizə yalvarsın".

Azər Qasımov deyib ki, təzminat məsələsini də istəməklə Ermənistanı çökdürmək iki vur ikidir:

"Buna kimsənin icazəsi də lazım deyil. Azərbaycan bunun qarşılığında tələb etdiklərini Ermənistana bəyan etməli və vaxt verməlidir. Vaxt tamam olan kimi tələbini öz bildiyi kimi yerinə yetirməlidir. Məhv edilmiş ərazilər dünyanın gözü önündədir. Sübuta ehtiyac yoxdur. Ermənistan dünyanı hesaba alıb əraziləri işğal etmişdi ki, biz də dünyanı hesaba alıb hərəkət edək?".

Anar Əliyev
Xəbəri paylaş