Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Brüssel görüşündən ciddi nəticələrin əldə olunmasını gözləmək çətindir

Brüssel görüşündən ciddi nəticələrin əldə olunmasını gözləmək çətindir


Bu gün 14-may, öncədən deyildiyi kimi Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Pasinyanla nəzərdə tutulan görüş başlayıb.Görüş Avropa İttifaqının mənzil qərargahında keçirilir. Görüşün keçirilməsi ilə bağlı hər iki hökumət başçısı, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesində Brüssel formatından məmnun olduqlarını bildiriblər və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə vasitəçilik missiyasından dolayı xüsusi olaraq təşəkkürlərini bildiriblər.

Bildiyimiz kimi üçtərəfli görüşün gündəliyində iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində aparılan danışıqların davam etdirilməsi olub. Amma, son günlərdə yaşanan gərginliklərdən dolayı, Azərbaycan və Ermənistan arasında sərhəddə silahlı insident yaşandı və bununla bağlı baş verən hadisələr gündəliyə daxil olunacağı gözlənilir. Daha sonra Vaşinqton danışıqları və sərhəddəki vəziyyətlə bağlı müzakirələr aparılması gözlənilir.

Görüşdən ciddi nəticələrin əldə olunmasını gözləmək çətindir.Ermənistan hər zaman olduğu kimi indi də vaxt udmaqla məşğuldur və sərhəddə həyata keçirdiyi təxribatlar vasitəsilə masada sülh danışıqlarına təsir etməyə çalışır. Bu hərəkətlər danışıqlar prosesinə ciddi şəkildə mənfi təsir edir və tərəfləri əsas nöqtədən uzağlaşdırmağa məcbur edir.

Çingiz Şahbazi-siyasi ekspert
Xəbəri paylaş