"Seçki məntəqələrində vətəndaşlar rahat, sərbəst şəkildə səs verirlər. Səsvermə prosesində hər hansı qanun pozuntusunun olmadigininin şahidi olduq".
Newscenter.az xəbər verir ki, bu fikirləri Türkiyədə keçirilən prezident və parlament seçkilərini müşahidə edən, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Əminə Ağazadə səsləndirib.
İstanbulda 5 seçki məntəqəsində müşahidə apardıqlarını deyən Əminə Ağazadə, daha 4 məntəqəyə də baş çəkəcəklərini, səsvermə prosesini izləyəcəklərini vurğulayıb. Millət vəkili müşahidə apardıqları bütün seçki mənətəqələrində yüksək seçici fəallığının olduğunu deyib^
"Həmkarımla növbəti müşahidəni “Etiler Mesleki ve Teknik Anadolu Lisesin” və “İstanbul Sanayi Odası Vakfı Eğitim Merkezi” məntəqələrindəki seçki prosesini izlədik. Seçki prosesi həm müxalifət, həm iqtidar nümayəndələrinin istirakı ilə sərbəst səkildə izlənilə bilir. Səsvermə hüququ olan hər bir türk vətəndaşı-qocası, yaşlısı, cavanı, gənci bu günün öz dövləti üçün vacibliyini diqqətə alaraq seçki məntəqələrinə gəlir, öz hüquqlarından sərbəst şəkildə istifadə edirlər. Seçki prosesini müşahidə edərkən yüksək təşkilatçılıq standartlarını xüsusi olaraq qeyd etmək lazım gəlir. Seçkilər azad, demokratik, hər hansı qanundan kənar halın olmasına imkan verilməyən bir şəraitdə davam edir".
Anar Əliyev