"601 min əməkdaşla bərabər, 79 helikopter, 8 təyyarə ilə iş başındayıq".
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bu gün səsvermədən sonra jurnalistlərə verdiyi açıqlamada deyib. Nazir bildirib ki, seçkilərlə bağlı bütün təhlükəsizlik tədbirləri görülüb.
Süleyman Soylu təhlükəsizlik tədbirlərinin 3 mərhələdən ibarət olduğunu deyib:
"Seçki öncəsi, seçki günü və seçkidən sonrakı mərhələ. 2018-ci ildə seçim öncəsi 311 hadisə baş versə də, 2023-cü ildə seçki öncəsi 280 hadisə ilə bu prosesi qapatmış olduq. Yəni, 2018-ci il seçki öncəsindən daha az hadisə yaşandı".
Mehman Mehdiyev