"Türkiyədə prezident və parlament seçkiləri yüksək seçici fəallğı ilə keçir. Müşahidə apardığımız məntəqələrdəki ab-hava belə deməyə əsas verir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Türkiyədə keçirilən seçkiləri müşahidə edən, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Anar Məmmədov səsləndirib.
Deputat seçki məntəqlərində müşahidəçilər üçün də yüksək səviyyədə şəraitin yaradıldığını diqqətə çatdırıb:
"İştirak etdiyimiz seçki məntəqələrinin hamısında həm müxalifətdən, həm iqtidardan olan müşahidəçilər səsvermənin gedişini sərbəst şəkildə izləyirlər. Səsvermənin gedişində qanun pozuntusu halı qeydə almamışıq".
Anar Əliyev