"Türkiyədə səsvermə prosesində kifayət qədər yüksək aktivlik qeydə alınmaqdadır. Müşahidə apardığımız bütün məntəqələrdə vətəndaşların aktiv iştirakı uzun növbələr ilə müşahidə olunur".
Newscenter.az xəbər verir ki, bu fikirləri hazırda Türkiyədə keçirilən seçki prosesini müşahidə edən, Azərbaycan Respublikasının Milli Məclisin deputatı Vüqar Bayramov səsləndirib. Deputat qeyd edib ki, seçkidən öncə də danışdığımız əksər insanlar bu seçimlərin Türkiyə üçün tarixi mərhələnin əsasını qoyacağını vurğulayırdılar
"Bu gün səhər saat 8-da başlayan səsvermə 17.00-da başa çatacaq. Daha sonra səslərin sayılmasına başlanılacaq. Mərhələli olaraq namizədlərin qazandıqları səsləri elan olunacaq. İnanırıq ki, bu seçimlərdə qazanan qardaş Türkiyə xalqı olacaq".
Anar Əliyev